Bakıda yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alan var
26.05.2023 07:51 Hadisə

Bakıda yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alan var

Bakıda 30 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

MediaPost xəbər verir ki, hadisə paytaxtın Nizami rayonunda qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində 1993-cü il təvəllüdlü Ağazadə Kamranbəy Telman oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbərlər departamenti

Gündəm