Bakıda yol qəzası tıxac yaratdı
Bakıda yol nəqliyyat hadisəsi baş verib.
Bakı Nəqliyyat Agentliyindən (BNA) "MediaPost"a bildirilib ki, hadisə paytaxtın Z.Bünyadov prospektində "20 Yanvar" dairəsi istiqamətində qeydə alınıb.
Belə ki, Çermet körpüsündən aşağıda istiqamətdə baş vermiş yol-nəqliyyat hadisəsi Olimpiya stadionunun yanından başlayaraq həmin yerədək sıxlığın yaranmasına səbəb olub.