Bakıda yolu keçmək istəyən piyadanı "07" vuraraq öldürüb
24.04.2020 16:06 Hadisə

Bakıda yolu keçmək istəyən piyadanı "07" vuraraq öldürüb

“MediaPost" xəbər verir ki, qəza Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində baş verib. Hadisə aprelin 23-də saat 8 radələrində qeydə alınıb.

Bakı şəhər sakini A.Bayramov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən paytaxt sakini Elburus Əfəndiyevi vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Xəbərlər departamenti

Gündəm