Bakıda yük, Kürdəmirdə minik avtomobili yanıb
16.05.2021 19:56 Cəmiyyət

Bakıda yük, Kürdəmirdə minik avtomobili yanıb

Bakı şəhərində yük, Kürdəmir rayonunda minik avtomobili yanıb.
"MediaPost"
un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Qaradağ rayonunda “Shacman” markalı yük avtomobili yol kənarına aşıb. Nəticədə avtomobilin kabinə hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Kürdəmir rayonunun Yenikənd kəndində isə "ВАЗ" markalı minik avtomobilinin mühərrik hissəsi və salonu yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbərlər şöbəsi

Gündəm