Bakıdakı atışma ilə bağlı nazirlik məlumat yaydı
23.12.2019 08:00 Gündəm

Bakıdakı atışma ilə bağlı nazirlik məlumat yaydı

Nazirlikdən Mediapost.az-a verilən məlumata görə, Yasamal rayonunda baş verən silahlı insident nəticəsində xəstəxanaya 2 kişi çatdırılıb.

"Dekabrın 22-si saat 23:30-da döş qəfəsinin içəri keçməyən odlu silah yarası diaqnozu ilə 30 yaşlı, saat 00:40-da isə sağ baldırın odlu silah yarası diaqnozu ilə 32 yaşlı kişi 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıblar. Hər iki yaralıya həkimlər lazımı tibbi yardım göstəriblər, vəziyyətləri orta-ağır kimi qiymətləndirilir",- nazirlikdən bildirilib.

Xatırladaq ki, Binəqədi rayon sakini, 1989-cu il təvəllüdlü Muradov Zülfü İlqar oğlu naməlum şəxs tərəfindən idarə etdiyi 10-OP-021 dövlət qeydiyyat nişanlı "VAZ 2121" ("Niva") markalı avtomobilində tapança ilə güllələnib. Ona ümumilikdə dörd güllə vurulub. M.Zülfü ilə yanaşı, nəqliyyat vasitəsində daha bir nəfər - sərnişin İlkin Babayev də güllələnib.

Xəbərlər departamenti

Gündəm