Bakıdan çıxan turist avtobusu qəzaya düşdü: ölən və yaralananlar var - FOTOLAR
26.01.2020 08:52 Hadisə

Bakıdan çıxan turist avtobusu qəzaya düşdü: ölən və yaralananlar var - FOTOLAR

"MediaPost"un APA-ya istinadən xəbərinə görə, hadisə bu gün saat 10:30 radələrində Muğanlı-İsmayıllı yolunun Bilzan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Bakıdan Qəbələyə turistləri aparan “Mercedes-Benz” markalı sərnişin mikroavtobusu “VAZ 2106” markalı minik avtomobili ilə toqquşub. Hadisə zamanı 2 nəfər ölüb, 15-ə yaxın yaralı var. Əraziyə FHN-nin xilasediciləri, polis əməkdaşları və təcili tibbi yardım stansiyasının işçiləri cəlb olunub. Yaralılar İsmayıllı və Şamaxı rayon xəstəxanalarına aparılıb.


Oxu: Turist daşıyan avtobus qəzasında yaralananlardan biri öldü - VİDEO


Faktla bağlı araşdırma aparılır.

"MediaPost"





Xəbərlər departamenti

Gündəm