Bakıdan daha bir rayona sürətli elektrik qatarı işləyəcək
Bu barədə Mediapost.az-a qurumdan bildirilib.
Məlumata görə, Gəncə-Ağstafa sahəsində dəmir yolu xəttinin əsaslı təmiri başa çatıb. Hazırda yoldəyişən qurğuların yenilənməsi, sabit cərəyandan dəyişən cərəyana keçidlə əlaqədar olaraq, enerji təchizatı sisteminin yenidən qurulması və təkmilləşdirilməsi işləri aparılır.
Xatırladaq
ki, Bakı-Gəncə qatarı ötən il dekabrın 30-dan fəaliyyət göstərir.
Qatarın Biləcəri, Yevlax və Goran stansiyalarında dayanacaqları
mövcuddur.