Bakıdan İstanbula uçuşlara başlayır
04.03.2021 13:22 İnfrastruktur

Bakıdan İstanbula uçuşlara başlayır

Azərbaycanın "Buta Airways" aşağıbüdcəli aviaşirkəti Bakıdan Türkiyənin daha bir şəhərinə - İstanbula yerinə yetiriləcək xüsusi reyslərə aviabilet satışına başlayır. Martın 18-dən etibarən aviaşirkət Bakı-İstanbul-Bakı marşrutu üzrə aviaəlaqəni bərpa edir.

Bu barədə "MediaPost" "Buta Airways"ə istinadən xəbər verir.

Uçuşlar Sabiha Gökçen (IATA: SAW) hava limanına həyata keçiriləcək. Aviaşirkət tərəfindən Türkiyənin ən böyük şəhərinə xüsusi reyslər həftədə iki dəfə – bazaar ertəsi və cümə axşamı günləri yerinə yetiriləcək.

Xəbərlər şöbəsi

Gündəm