Bakıətrafı kənd və qəsəbələrə gedən avtobusların yola düşmə yeri dəyişdi
08.11.2019 11:02 Gündəm

Bakıətrafı kənd və qəsəbələrə gedən avtobusların yola düşmə yeri dəyişdi

Sabah, noyabrın 9-u səhər saatlarından Koroğlu Nəqliyyat Mübadilə Mərkəzi sərnişinlərin istifadəsinə açıq olacaq.

Bu barədə Mediapost.az Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, ətraf kənd və qəsəbələr, eləcə də digər müvafiq istiqamətlər üzrə marşrut xətt avtobusları Atletlər kəndinin qarşısında yeni qurulan mərkəzdən hərəkət edəcək.

Xəbərlər departamenti

Gündəm