Bakının 2 rayonunda su kəsiləcək
12.11.2020 09:55 İnfrastruktur

Bakının 2 rayonunda su kəsiləcək

Magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar bu gün Bakının Nəsimi və Binəqədi rayonlarının bir hissəsinə içməli su verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə "MediaPost"a “Azərsu” ASC-dən bildirilib.

Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.

Könül Vəliyeva

Gündəm