Bakının bir sıra magistrallarında sürət həddi endirilib
19.12.2019 07:08

Bakının bir sıra magistrallarında sürət həddi endirilib

Hazırda müşahidə olunan dumanlı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ dairəsi-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bu barədə Mediapost.az-a BNA-dan məlumat verilib.

Məqsəd hərəkətin təhlükəziliyini təmin etməkdir.

"Hərəkət iştirakçılarından bu cür hava şəraitində ehtiyyatlı olmalarını xahiş edirik. Sürücülər mütləq şəkildə ara məsafəsini gözləməlidirlər", - deyə BNA-dan bildirilib.

Xəbərlər departamenti

Gündəm