Bakının əsas avtomagistrallarında sürət həddi endirilib
23.04.2020 10:29 Cəmiyyət

Bakının əsas avtomagistrallarında sürət həddi endirilib

Hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh və Zığ dairəsi-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi endirilib.

Bu barədə "MediaPost"a Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Qurumdan bildirilib ki, məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir: "Bir daha hərəkət iştirakçılarına bu cür hava şəraitində ehtiyyatlı olmağı tövsiyə edirik. Sürücülərdən yollarda sürət həddinə əməl etmələrini, meteoroloji amilləri nəzərə almalarını və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmaları xahiş olunur. Eyni zamanda piyadalara yolun hərəkət hissəsinə çıxmamaq və yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələri tövsiyə edilir".

Xəbərlər departamenti

Gündəm