Bakının Heydər Əliyev prospektində sürət həddi birdəfəlik azaldılır
13.01.2020 13:30

Bakının Heydər Əliyev prospektində sürət həddi birdəfəlik azaldılır

"MediaPost" bu barədə Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, bununla əlaqədar, digər hərəkət zolaqlarında da sürət hədləri müvafiq olaraq tənzimlənəcək. Agentliyin bununla bağlı Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasına ünvanladığı müraciətə aidiyyəti qurumlar tərəfindən müsbət rəy verilib. Yanvarın 17-də sürət hədlərinin endirilməsi təmin olunacaq. Buna qədər isə zəruri texniki məsələlər həll olunacaq.

"Sürücülərimizdən yollarda diqqətli olmalarını və yol hərəkəti qaydalarına riayət etmələrini xahiş edirik", - qurum bəyan edib.

Xəbərlər departamenti

Gündəm