Bakının iki polis bölməsinə yeni rəis təyin edilib
20.12.2019 12:54 Gündəm

Bakının iki polis bölməsinə yeni rəis təyin edilib

"Report"un əldə etdiyi məlumata görə, bununla bağlı Daxili İşlər naziri Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 42-ci Polis Bölməsinin rəisi vəzifəsinə polis polkovnik-leytenantı Azər Məmmədov təyin edilib.

V.Eyvazovun digər əmri ilə polis mayoru Fərrux Bektaşi Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinin rəisi vəzifəsinə təyin olunub.

Mediapost.az

Xəbərlər departamenti

Gündəm