Bakının küçələrindən birinə Polad Həşimovun adı verildi
07.05.2021 17:18 Daxili siyasət

Bakının küçələrindən birinə Polad Həşimovun adı verildi

Bakı şəhərində küçələrdən birinə Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun adı verilib.

Bu barədə "MediaPost"a Xətai Rayon İcra Hakimiyyətindən bildirilib.

Qeyd olunub ki, bununla bağlı Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən qərar qəbul olunub. Qərara əsasən, Xətai rayonunda yerləşən Naximov küçəsinin adı dəyişdirilərək Polad Həşimov küçəsi adlandırılıb.

Xəbərlər departamenti

Gündəm