Bakının mərkəzində "07"nin sürücüsünün təhlükəli manevrləri - VİDEO
27.02.2020 13:25 Cəmiyyət

Bakının mərkəzində "07"nin sürücüsünün təhlükəli manevrləri - VİDEO

Hətta Bakı şəhərinin mərkəzi küçələrində üzərində konstruksiya dəyişikliyi edilən, heç bir qadağanedici nişanların, işıqforların tələbinə riayət etməyən və yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücülərə rast gəlmək mümkündür. Müşahidələr göstərir ki, belə qanunazidd əməlləri sürücülər adətən Rusiyada istehsal edilən VAZ markalı avtomobillərlə edirlər.

“MediaPost”un redaksiyasına izləyicilər tərəfindən “VAZ 2107” markalı avtomobilin sürücüsünün Bakının mərkəzində təhlükəli hərəkətlərinin əks olunduğu videogörüntü daxil olub.

Həmin görüntülərdə Bülbül küçəsi ilə Zərifə Əliyeva prospektinin kəsişməsində 90-HX-242 dövlət nömrə nişanlı “VAZ 2107” markalı avtomobilin sürücüsü digər nəqliyyat vasitələrinin sürücülərini çətin vəziyyətə salaraq təhlükəli manevrlər edir. Daha sonra həmin sürücü işıqforun qırmızı işığının tələblərini pozaraq heç nə olmamış kimi hərəkətinə davam edib.

“Report” həmin görüntüləri təqdim edir:


Xəbərlər departamenti

Gündəm