Bakının yol polisinə yeni rəis təyin edilib
08.01.2020 06:58 Daxili siyasət

Bakının yol polisinə yeni rəis təyin edilib

"MediaPost" xəbər verir ki, bu vəzifəyə polis polkovniki Rəşid Piriyev təyin edilib.

Bu təyinata qədər R.Piriyev Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəis müavini vəzifəsində çalışırdı. Ondan əvvəl isə Beyləqan Rayon Polis Şöbəsinin rəisi olub.

Xatırladaq ki, ötən gün Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin rəisi, polis polkovniki Nuşirəvan Səfərov vəzifəsindən azad olunub.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm