Balakəndə həmkəndlisinin evini qarət edənlər tutulub
15.04.2020 08:51 Kriminal

Balakəndə həmkəndlisinin evini qarət edənlər tutulub

Balakən Rayon Polis Şöbəsinə rayonun Katex kəndində yerləşən evlərin birindən 1200 manat dəyərində televizorun və digər məişət əşyalarının oğurlanması barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "MediaPost"a verilən məlumata görə, daxil olmuş müraciət əsasında RPŞ əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu edən şəxslərin Balakən rayonunun Katex kənd sakinləri 27 yaşlı Nadir Nürəddinov və 28 yaşlı Əhməd Süleymanov olduqları müəyyən olunub. Onlar şübhəli şəxs qismində saxlanılıblar və törətdikləri cinayət əməlini etiraf ediblər.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.

Xəbərlər departamenti

Gündəm