Balakəndə “Mercedes” piyadanı vurub öldürdü
29.01.2020 09:26 Hadisə

Balakəndə “Mercedes” piyadanı vurub öldürdü

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Şəki regional qrupundan "MediaPost"a verilən məlumata görə, yanvarın 28-də saat 20 radələrində Balakən şəhəri ərazisində rayon sakini Rəhman Cəyiyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Balakən şəhər sakini Sübhan Əfəndiyevi vurub.

Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Balakən RPŞ tərəfindən araşdırma aparılır.

Xəbərlər departamenti

Gündəm