Balakəndə meşədən asılmış qadın meyiti tapılıb
03.12.2019 17:05

Balakəndə meşədən asılmış qadın meyiti tapılıb

APA-nın yerli bürosunun verdiyi məlumata görə, hadisə rayonun “Beşbulaq” adlanan ərazisində qeydə alınıb. Meşə massivində ağacdan asılmış qadın meyiti aşkar edilib.

Araşdırmalar zamanı meyiti tapılan qadının Zaqatala şəhər sakini, 1989-cu il təvəllüdlü Mehdiyeva Biçə Vaqif qızı olması müəyyən edilib. Onun intihar etdiyi ehtimal edilir.

Faktla bağlı Balakən rayon Prokurorluğunda araşdırma aparılır.

Mediapost.az

Xəbərlər departamenti

Gündəm