Baloğlan Əşrəfov “COVID-19”a yoluxub, vəziyyəti ağırdır
23.04.2021 10:59 Mədəniyyət

Baloğlan Əşrəfov “COVID-19”a yoluxub, vəziyyəti ağırdır

Əməkdar artist Baloğlan Əşrəfov koronavirusa yoluxub.

"MediaPost" xəbər verir ki, bu barədə “Səhər Mərkəzi” proqramında məlumat verilib. Bildirilib ki, 69 yaşlı müğənnidə 13 gün əvvəl “COVID-19” aşkarlanıb.

Qeyd olunub ki, B. Əşrəfovun səhhəti qaydasına düşmür. Belə ki, yaşı səbəbindən xəstəliyi ağır keçirir, təngnəfəslikdən əziyyət çəkir.

Xəbərlər departamenti

Gündəm