“Bank BTB” filiallarının bağlanması məsələsinə aydınlıq gətirib
17.02.2020 10:08 İqtisadiyyat

“Bank BTB” filiallarının bağlanması məsələsinə aydınlıq gətirib

“Bank BTB” filiallarının bağlanma səbəblərini açıqlayıb

“Bank BTB” müştərilərin, biznes subyektlərinin bankın xidmət və məhsullarına əlçatanlığının təmin olunması məqsədilə xidmət şəbəkəsini daha da optimallaşdırır.

Bankdan “MediaPost”a verilən məlumatda qeyd olunur ki, “Bank BTB xidmət nöqtələrinin daha rahat məkanda seçilməsinə xüsusi diqqət verir. Bu səbəbdən xidmət şəbəkəsinin korporativ standartlara uyğun filiallardan təşkil edilməsi və müştəri rahatlığını təmin edən, yeni avadanlıqlarla təchiz olunan xidmət nöqtələrinin istifadəyə verilməsi üzərində artlq intensiv işlərə başlanılıb. Buna misal olaraq, qeyd edə bilərəm ki, müasir standartlara cavab verən “Gənclik” filialı 2019-cu ilin sonlarında müştərilərin istifadəsinə verilib.”– deyə Bank BTB-nin Marketinq departamentinin direktoru Fuad Cəfərov bildirib.

Həmçinin bildirilir ki, qeyd edilən standartlara cavab verən Azadlıq filialı və digər yeni filialların yaxın zamanlarda müştərilərin ixtiyarına verilməsi planlaşdırılır.

“Bank BTB" 2019-2021-ci illər üçün təsdiqlənmiş yeni inkişaf strategiyası çərçivəsində silsilə tədbirlər, məhsul yönümlü kampaniyalar, KSM layihələr və rəqəmsallaşan bank xidmətləri ilə təmsil olunacağı bildirilir.

Qeyd edək ki, bir müddət bundan öncə “Bank BTB”nin iki filialını bağlayıb, 50-dən çox işçisini ixtisar etdiyi məlumatı yayılmışdı.

Xəbərlər departamenti

Gündəm