Bank kredit borcuna görə “Akkord”u məhkəməyə verdi
27.02.2021 11:32 Gündəm

Bank kredit borcuna görə “Akkord”u məhkəməyə verdi

Ləğv edilmiş “Zaminbank” məhkəməyə müraciət edərək “Akkord”a qarşı iddia qaldırıb.

"MediaPost"un “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, bank “Akkord” şirkətlər qrupuna daxil olan “Akkord Hudrotechnical Construction Company” MMC-ni məhkəməyə verib.

Şirkət bank bağlanmadan öncə oradan külli miqdarda kredit götürüb. İndi isə bank kreditin ödənilmədiyini iddia edərək şirkətə qarşı iddia qaldırıb.

Hazırda iş üzrə məhkəmə çəkişməsi davam edir.

Xəbərlər departamenti

Gündəm