Bankir oğlunun ölümünə anası səbəb olub - RƏSMİ
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) "MediaPost"-a verilən məlumata görə, 15 yaşlı oğlan anasının ev şəraitində vurduğu iynədən sonra anafilaktik şok keçirib:
"Təcili tibbi yardım briqadası çağırışa gedərkən, ananın uşağa antibiotik vurduğu məlum olub. Daha iki briqada isə özəl xəstəxanadan çağırılıb. Həkimlərin səyinə baxmayaraq, oğlanı həyata qaytarmaq mümkün olmayıb".
"MediaPost"