Banklar gün ərzində 2000 sahibkarın sərəncamını geri çağırır
17.04.2020 13:25 İqtisadiyyat

Banklar gün ərzində 2000 sahibkarın sərəncamını geri çağırır

“MediaPost”un əldə etdiyi məlumata görə, Azərbaycan Respublikası Vergilər Nazirliyi koronavirus pandemiyasından zərər çəkən sahibkarların yaşadığı çətinliyi yüngülləşdirmək üçün belə bir güzəşt tətbiq edib.

Belə ki, maliyyə dəstəyi üçün hökumtə müraciət edən sahibkarın vergi borcuna görə, bank hesabına qoyulan sərəncam geri çağrılır. Bu o səbəbdən edirlir ki, dövlət tərəfindən həmin sahibkarın hesabına pul köçürüləndə puldan borca görə silinmələr olmasın.

Sərəncamın geri çağrılması ancaq maliyyə dəstəyi alacaq borclu sahibkarlara aid edilir.

Sahibkarlar elektron hökumət portalında öz şəxsi kabinetinə daxil olaraq vergi borcuna görə, tətbiq edilən sərəncamın geri çağrılması üçün elektron müraciət edə bilər.

Vergilər Nazirliyi bu müraciətləri toplayaraq siyahını banklara göndərir və qısa zamanda vegi borcuna görə, sahibkarın bank hesabına qoyulan sərəncam aradan qaldırılır.


Xəbərlər departamenti

Gündəm