"Banklar vətəndaşı cərimə etmirsə, bu, könüllüdür"
08.08.2020 10:16 İqtisadiyyat

"Banklar vətəndaşı cərimə etmirsə, bu, könüllüdür"

“Azərbaycan banklarının kredit ödənişlərində vətəndaşlara güzəşt etməsi, gecikmələri nəzərə almaması, onları cərimə etməməsi könüllüdür".

“MediaPost” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu addım insanlara yardım etmək məqsədi daşıyır: “Bununla belə, bankların ödəniş imkanı ola-ola vəziyyətdən sui-istifadə edənləri müəyyən etməsi və həmin şəxslərə qarşı tədbir görməsi təbii haldır”. 

Rahim Tarıverdiyev / “MediaPost”

Xəbərlər şöbəsi

Gündəm