Banqladeşdə binada baş verən partlayış nəticəsində azı 7 nəfər ölüb
17.11.2019 10:10

Banqladeşdə binada baş verən partlayış nəticəsində azı 7 nəfər ölüb

Banqladeşin Çittaqonq şəhərində beşmərtəbəli binada partlayış baş verib.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, yerli vaxtla saat 8:30 radələrində binanın birinci mərtəbəsində qaz xəttində baş verən partlayış nəticəsində 7 nəfər ölüb, 8 nəfər xəsarət alıb. Yalananlar xəstəxanaya yerləşdirilib.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Mediapost.az

Xəbərlər departamenti

Gündəm