Barış Akarsunun həyatı film olur
12.11.2020 13:23 Şou-biznes

Barış Akarsunun həyatı film olur

28 yaşında yol qəzasında vəfat edən türkiyəli müğənni Barış Akarsunun həyatından bəhs edilən film çəkilir.

“MediaPost” xəbər verir ki, bu barədə onun İnstaqram səhifəsində məlumat paylaşılıb.

Qeyd edək ki, 2004-cü ildə Türkiyənin ATV kanalında yayımlanan “Akademi Türkiye” yarışmasında birincilik əldə edərək məşhurlaşan B.Akarsu 2006-cı ildə “Yalanci yarim” serialında rol almışdı. O, 2007-ci ildə qəzaya düşərək dünyasını dəyişib.

Müğənninin “Islak ıslak”, “Rüzgar”, “Gözlerin” kimi mahnıları ən çox dinlənilənlər sırasında yer alıb.

Xəbərlər şöbəsi

Gündəm