"Barselona" çempionluq şansını itirdi
16.05.2021 23:45 Futbol

"Barselona" çempionluq şansını itirdi

İspaniya çempionatının 37-ci turunda "Barselona" doğma meydanında "Selta"nı qəbul edib.

"MediaPost" xəbər verir ki, oyun "Barselona"nın 1:2 hesablı məğlubiyyət ilə başa çatıb.

"Selta"nın heyətində Santi Mina dubla imza atdı (38-ci və 89-cu dəqiqələr). "Barselona"dan yeganə qolu Lionel Mesib vurub (28).

 "Barselona" 37 oyunda 76 xal toplayaraq İspaniya çempionluğunu qazanma şansını itirib. 

Belə ki, lider "Atletiko Madrid" evdə eyni hesabla "Osasuna"ya qalib gəlib və xalını 83-ə yüksəldib. "Real Madrid" isə "Atletik" üzərində 1:0 hesablı səfər qələbəsi sayəsində 81 xalla 2-ci pillədə qalıb.

Son turda "Barselona" səfərdə "Eybar"a qalib gəlsə belə, 3-cü pillədən yuxarı qalxa bilməyəcək. Üstəlik, 74 xalla 4-cü yerdə gedən "Sevilya" "Vilyarreal" üzərində səfər qələbəsi sayəsində Kataloniya komandasını keçə bilər.

Xəbərlər şöbəsi

Gündəm