Azad edilmiş ərazilərdə işləyən mütəxəssislərin maaşları ilə bağlı qərar İMZALANDI
07.06.2023 16:31 Daxili siyasət

Azad edilmiş ərazilərdə işləyən mütəxəssislərin maaşları ilə bağlı qərar İMZALANDI

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin tarif (vəzifə) maaşlarına tətbiq edilən artımın (əmsalın) minimum miqdarı 1,2 məbləğində müəyyən edilib.

MediaPost xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qərarla nəzərdə tutulan artım əmsalları özəl sektorda fəaliyyət göstərən işəgötürənlər tərəfindən könüllü şəkildə kollektiv müqavilədə, kollektiv müqavilənin bağlanmadığı hallarda isə əmək müqaviləsində nəzərdə tutulmaqla tətbiq edilir.

Qeyd olunan məsələlər 2023-cü il yanvarın 1-dən tətbiq ediləcək və 2028-ci il yanvarın 1-dək qüvvədədir.

Xəbərlər departamenti

Gündəm