Baş nazir Əli Əsədov Soçiyə işgüzar səfərə gedib
07.06.2023 16:57 Daxili siyasət

Baş nazir Əli Əsədov Soçiyə işgüzar səfərə gedib

İyunun 7-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinin dəvəti ilə Müstəqil Dövlətlər Birliyi (MDB) Hökumət Başçıları Şurasının iclasında iştirak üçün Soçiyə işgüzar səfəri başlayıb.

Bu barədə "MediaPost"a Nazirlər Kabinetinin Mətbuat xidmətindən məlumat verilib.

Baş nazir, həmçinin Avrasiya Hökumətlərarası Şurasının iclasında və III Avrasiya Konqresində qonaq qismində iştirak edəcək.

Bundan əlavə, səfər çərçivəsində Ə.Əsədovun xarici həmkarları ilə bir sıra ikitərəfli görüşləri də planlaşdırılır.

Xəbərlər departamenti

Gündəm