Baş nazir Mədəniyyət Nazirliyinə tapşırıq verdi
25.01.2021 21:00 Rəsmi

Baş nazir Mədəniyyət Nazirliyinə tapşırıq verdi

Bu gün Baş nazir Əli Əsədovun sədrliyi ilə Nazirlər Kabinetinin müşavirəsində Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə dövlət başçısı tərəfindən verilən tapşırıqların icrası və qarşıda duran vəzifələr müzakirə olunub.

"MediaPost" xəbər verir ki, müşavirədə Azərbaycan Respublikası Prezidenti tərəfindən 2021-ci il Nizami Gəncəvi ili elan olunduğu üçün Mədəniyyət Nazirliyinə müvafiq Fəaliyyət Planı hazırlanması tapşırılıb.

Xəbərlər şöbəsi

Gündəm