Baş nazirin müavini: İran torpaqlarımızın işğalını qınayan ilk ölkәlәrdәn biridir
10.02.2020 18:49 Daxili siyasət

Baş nazirin müavini: İran torpaqlarımızın işğalını qınayan ilk ölkәlәrdәn biridir

Bunu Baş nazirin müavini Şahin Mustafayev İran İslam İnqilabının qәlәbәsinin 41 illiyinә hәsr olunmuş rəsmi qəbulda deyib.

"İran Azәrbaycan torpaqlarının işğal edilmәsini qınayan ilk ölkәlәrdәn biridir. Dağlıq Qarabağ münaqişәsindә İranın mövqeyi ölkәlәrimiz vә xalqlarımız arasında әlaqәlәrin ruhuna tam uyğundur", - Ş.Mustafayev bildirib.

O, iki ölkә arasında ticarәt dövriyyәsinin 2018-ci illә müqayisәdә 11% artaraq 500 milyon dollara çatdığını qeyd edib: "İran sahibkarları tәrәfindәn Azәrbaycana 3,5 milyard dollar sәrmayә yatırılıb. Azәrbaycanda sәnaye, tikinti, xidmәt, kәnd tәsәrrüfatı vә digәr sahәlәrdә 1614 İran şirkәti fәaliyyәt göstәrir. Keçәn il Şimal-Cәnub beynәlxalq dәhlizi çәrçivәsindә 400 min tona yaxın yük daşınıb ki, bu da 2018-ci illә müqayisәdә 45%-dәn çoxdur".

"MediaPost"

Xəbərlər departamenti

Gündəm