Baş nazirlər arasında telefon danışığı olub
Azərbaycan və Rusiya baş nazirləri arasında telefon danışığı olub.
Mediapost apa-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Hökumətinin rəsmi saytı məlumat yayıb. Bildirilib ki, Rusiyanın baş naziri Mixail Mişustin Azərbaycanın baş naziri Əli Əsədovla telefonla nəqliyyat, energetika və digər sahələrdə birgə layihələrin həyata keçirilməsini müzakirə edib.
"Rusiya Federasiyasının Baş naziri Mixail Mişustin ilə Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov arasında telefon danışığı olub. 2022-ci il noyabrın 17-də Bakıda keçirilən danışıqların davamı olaraq hökumət başçıları aktual məsələləri müzakirə ediblər. Mişustin və Əsədov Rusiya-Azərbaycan ticarət-iqtisadi və investisiya sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, nəqliyyat, energetika və digər sahələrdə birgə layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetiriblər”, deyə məlumatda qeyd olunub.