Baş Prokurorluq məlumat yaydı - <span>FOTOLAR</span>
03.11.2020 11:55 Qarabağ Azərbaycandır

Baş Prokurorluq məlumat yaydı - FOTOLAR

Azərbaycanın Baş Prokurorluğu Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb.

Qurumun Mətbuat xidmətindən "MediaPost"a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində sentyabrın 27-dən indiyədək 91 mülki şəxs qətlə yetirilib, 405 nəfər isə yaralanıb.

Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 461, çoxmənzilli yaşayış binalarının sayı 97, yaşayış evlərinin sayı isə 2 488-dir.

Xəbərlər şöbəsi

Gündəm