Baş Prokurorluq və DİA arasında əməkdaşlıq memorandumu imzalanıb
03.03.2021 20:18 Cəmiyyət

Baş Prokurorluq və DİA arasında əməkdaşlıq memorandumu imzalanıb

Azərbaycan Respublikası Prokurorluğunun prioritet fəaliyyət istiqamətlərindən olan prokurorluq orqanlarında peşə hazırlığının və tədrisin təşkili işinin daha da təkmilləşdirilməsi, ölkənin aparıcı ali təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədilə ardıcıl tədbirlər davam etdirilir.

"MediaPost" bildirir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, tədbirlərin davamı olaraq, 3 mart 2021-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərovun rəhbərlik etdiyi nümayəndə heyəti Baş Prokurorluğun Elm-Tədris Mərkəzində olub. 

Xəbərlər şöbəsi

Gündəm