Başqa ölkələrdən gətirilən ikinci əl avtomobillər, yeni maşınların bazarını “bağlayır” - SƏBƏBLƏR
20.02.2020 11:51 İqtisadiyyat

Başqa ölkələrdən gətirilən ikinci əl avtomobillər, yeni maşınların bazarını “bağlayır” - SƏBƏBLƏR

Bunu “MediaPost”a avtomobil eksperti Eldəniz Cəfərov bildirib.

Onun sözlərinə görə, gömrük rüsumu və aksiz vergisinin yüksək olması vətəndaşlara daha çox ikinci əl avtomobil almağa sövq edir.

“Vətəndaşların yeni avtomobil almamasına ikincə əsas səbəb, avtokreditləşmənin şərtlərinin ağır olmasıdır. Avtokreditlərdə ilkin ödəniş və faizlər yüksəkdir. Ona görə, vətəndaşlara yeni avtomobil almırlar”- deyə Eldəniz Cəfərov bildirib.

Onun sözlərinə görə, xaricdən gətirilən ikinci əl avtomobillər Avropa spesifikasiyalı avtomobillər deyil. Bu avtomobillərin zəmanəti yoxdur.

“Belə avtomobillər Ərəb, Asiya və ABŞ üçün nəzərədə tutulmuş avtomobillərdir. Bu avtomobillər Avropa spesifikasiyalı avtomobillər üçün rəqib deyil. Azərbaycan avtomobil seqmentində Avropaya aiddir. Ona görə, ölkəmizə rəsmi distrübuterlər tərəfindən gətirilən avtomobillər Avropa spesifikasiyasında olan avtomobillərdir” deyə o bildirib.

Xəbərlər departamenti

Gündəm