Batumidə yaşayış evi çökdü - Ölən və yaralananlar var
07.04.2021 22:56 Dünya

Batumidə yaşayış evi çökdü - Ölən və yaralananlar var

Gürcüstanın Batumi şəhərində tikilməkdə olan fərdi yaşayış evində çökmə baş verib.

"MediaPost" yerli mətbuata istinadla xəbər verir ki, hadisə nəticəsində 3 nəfər dağıntılar altında qalıb. Xilasedicilər onlardan birinin cəsədini tapıb. Digər 2 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıblar.

Qəzanın səbəbi hələ ki, məlum deyil.

Xəbərlər şöbəsi

Gündəm