Co Bayden ABŞ tarixində yeni rekorda imza atdı
05.11.2020 14:50 Dünya

Co Bayden ABŞ tarixində yeni rekorda imza atdı

Ötən gün ABŞ-da baş tutan prezident seçkilərində iştirak edən demokrat namizəd Co Bayden ABŞ prezidentliyinə namizəd olanlar arasında ən çox səs toplayan şəxs olub.

"MediaPost" xəbər verir ki, beləliklə, o, 2008-ci ildə Barak Obamanın rekordunu da (69.498.516 səs) geridə qoyub. 

Belə ki, Co Bayden 72 110 951 (264) səslə səsvermədəki liderliyini qoruyur. Respublikaçı namizəd Donald Tramp isə 68 643 544 (214) səs toplayıb.

Məlumat üçün bildirək ki, seçkilərdə qalib olmaq üçün 270 səs toplamaq lazımdır.

Qeyd edək ki, ABŞ əhalisi son 12 ildə təxminən 26 milyon nəfər artıb.

Anara Mikail

Gündəm