Bayden Azərbaycana hərbi yardımın göstərilməsinə icazə verib
04.05.2021 11:14 Siyasət

Bayden Azərbaycana hərbi yardımın göstərilməsinə icazə verib

ABŞ prezidenti Co Bayden Azərbaycana hərbi yardımın göstərilməsinə icazə verib.

"MediaPost" “The Hill”ə istinadən xəbər verir ki, Bayden administrasiyası aprelin 26-da Konqresi “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin təxirə salınması barədə məlumatlandırıb.

Bildirişdə ABŞ dövlət katibi Antoni Blinken ediləcək hərbi yardımın Dağlıq Qarabağın nizamlanması ilə bağlı danışıqlara mane olmayacağını və ya Ermənistana qarşı istifadə edilməyəcəyini vurğulayıb:

“ABŞ-ın köməyi ölkəmizin beynəlxalq terrorizmə qarşı səylərini, habelə ABŞ Silahlı Qüvvələrinin və ya koalisiya tərəfdaşlarının beynəlxalq terrorizmə qarşı mübarizə əməliyyatlarına hazırlığını dəstəkləmək məqsədi daşıyır. Eyni zamanda, ABŞ-ın köməyi Azərbaycanın sərhəd təhlükəsizliyi üçün vacibdir”.

Xəbərlər departamenti

Gündəm