Bayden bu gün 15 fərman imzalayacaq
20.01.2021 15:22 Dünya

Bayden bu gün 15 fərman imzalayacaq

ABŞ prezidenti olaraq bu gün işə başlayacaq olan Co Bayden 15 fərman imzalayacaq.

"MediaPost" xəbər verir ki, bu barədə Baydenin mətbuat katibi Cen Psaki məlumat verib. 

Onun sözlərinə görə, Bayden pandemiya, iqtisadiyyat, iqlim dəyişikliyi və etnik qeyri-bərabərlik böhranları ilə mübarizə aparmaq üçün bu gün Oval Ofisdə prezidentlik fərmanlarını imzalayacaq. 

Alınacaq qərarlar arasında federal işçilərə və federal binalarda olanlara maska taxmaq məcburiyyətinin tətbiq edilməsi də var. 

Bununla yanaşı, Bayden ABŞ-ın Paris İqlim müqaviləsinə yenidən daxil olma müddətini başladacaq və mübahisəli "Keystone XL" neft boru xətti üçün təmin olunan prezidentlik icazəsini ləğv edəcək. 

Bayden tərəfindən imzalanacaq fərmanlar arasında Trampın Meksika sərhədində inşa ediləcək divar üçün vəsait ayırması və əhalisinin əksəriyyətinin müsəlman olduğu bəzi ölkələrə səyahət qadağası qoyulması üçün verdiyi təcili qərarların ləğvi də var.

"Növbəti günlərdə və həftələrdə bu çətinliklərə meydan oxumaq və yeni prezidentin Amerika xalqına olan vədlərini yerinə yetirmək üçün imzalayacaq olan əlavə fərmanları da açıqlayacağıq", - deyə Psaki qeyd edib. 

Anara Mikail

Gündəm