Bayden nə qədər maaş alacaq?
12.11.2020 16:07 Dünya

Bayden nə qədər maaş alacaq?

ABŞ-da 3 noyabrda keçirilən prezident seçkilərində qalib gələn demokrat namizəd Co Baydenin maaşı məlum olub.

"MediaPost" xəbər verir ki, "Business Insider" Baydenin ayda 33.333 dollar qazanacağını və buna əlavə gəlirlərin daxil olmadığını qeyd edib. 

Qanuna görə, ABŞ prezidenti ildə 400 min dollar qazanır. Prezident əlavə olaraq hər il 50.000 dollar xərcləmə müavinəti alır və əgər bu pul bitməsə, qanuni olaraq xəzinəyə qaytarılır.

Bununla yanaşı vergi tutulmayan səyahət büdcəsi 100.000 dollardır və digər əlavə xərclər üçün hər il 19.000 dollar qazanır. Digər tərəfdən əgər istəsə Ağ Evi yenidən dizayn edə bilməsi üçün 100.000 dollar büdcəsi də var (Barak Obama bu puldan istifadə etməyib).

 

Anara Mikail

Gündəm