Bayden transgenderlərlə bağlı qərar verdi
25.01.2021 23:53 Dünya

Bayden transgenderlərlə bağlı qərar verdi

ABŞ Prezidenti Co Bayden sələfi Donald Trampın ABŞ Silahlı Qüvvələrində transgenderlərin xidmətinə qoyduğu qadağanı ləğv edib.

"MediaPost" xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

“Prezidentin bu gün imzaladığı sərəncama əsasən, ABŞ Silahlı Qüvvələrində xidmət üçün uyğun olan hər bir amerikalı bunu edə biləcək. Co Bayden inanır ki, cinsiyyət hərbi xidmətə mane olmamalıdır”-deyə, məlumatda qeyd olunub.

Xəbərlər şöbəsi

Gündəm