Bayraktar qələbə münasibətilə Azərbaycanı təbrik edib
10.11.2020 17:11 Dünya Qarabağ Azərbaycandır

Bayraktar qələbə münasibətilə Azərbaycanı təbrik edib

"Bayraktar TB2” pilotsuz uçuş aparatının yaradıcısı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın kürəkəni Səlcuq Bayraktar Şuşa şəhərinin işğaldan azad edilməsinə münasibət bildirib.

"MediaPost" xəbər verir ki, bu barədə S.Bayraktar “Twitter” hesabında yazıb.

"Zəfəri nəsib edən də, mütləq zəfər sahibi də Allahdır. Şəhidlərimizin ruhları şad olsun. Rəbbim Türkün şanını ucaltsın. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!", - deyə Bayraktar qeyd edib.

Anara Mikail

Gündəm