Bayram günü oğlunu güllələdi
03.08.2020 11:05 Gündəm Kriminal

Bayram günü oğlunu güllələdi

Qurban bayramı günü Astarada oğlunu ayağından güllələyən ata saxlanılıb. 

DİN-dən “MediaPost”a verilən məlumata görə, iyulun 31-də Astara Rayon Polis Şöbəsinə Vaqo kəndində yaşayan A.Hüseynovun həyətində münaqişə zəminində ov tüfəngindən açdığı atəşlə oğlunun ayağına xəsarət yetirməsi barədə məlumat daxil olub.

Yaralı xəstəxanaya yerləşdirilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən A.Hüseynov saxlanılıb. Ondan cinayətdə istifadə etdiyi müvafiq sənədləri olamayan nömrəsi silinmiş “İJ-16“ markalı ov tüfəngi götürülüb.

Astara RPŞ-də  araşdırma aparılır. 

Xəbərlər şöbəsi

Gündəm