BBC əməkdaşı ermənilərin Kəlbəcərdəki vandallığından yazdı - VİDEO
13.11.2020 10:34 Qarabağ Azərbaycandır

BBC əməkdaşı ermənilərin Kəlbəcərdəki vandallığından yazdı - VİDEO

“Bu günü Dağlıq Qarabağın Dadivank kəndində (Xudavəng, Kəlbəcər rayonu) keçirdik. Bölgə iki gün ərzində Azərbaycana təhvil verilməlidir. Bir çox yerli sakin evlərini boşaldıb gedirdi. Bəziləri isə azərbaycanlıların əlinə keçməməsi üçün evlərinə od vurublar”.

"MediaPost" xəbər verir ki, bu barədə "BBC"nin Rusiya bürosu üzrə müxbiri Vill Vernon "Twitter" hesabında paylaşım edib.

Məlumat üçün bildirək ki, Azərbaycan, Rusiya və Ermənistan arasında hərbi əməliyyatların dayandırılmasına dair imzalanan bəyanatın 6-cı maddəsinə əsasən, Kəlbəcər 15 noyabr tarixinədək Azərbaycana qaytarılmalıdır.

 

Anara Mikail

Gündəm