BDU-nun tələbəsi karantinə alındı
31.01.2020 12:17 Gündəm

BDU-nun tələbəsi karantinə alındı

"MediaPost" xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev deyib.

O bildirib ki, 22-23 yaşlı çinli oğlan Bakı Dövlət Universitetinin tələbəsidir və bu yaxınlarda Çindən Azərbaycana gəlib:

“Koronavirus təhlükəsi ehtimal olunmur. Sadəcə olaraq, Çindən gəldiyi üçün 14 gün müddətində təhlükəsizlik səbəbilə karantində saxlanılacaq”.

C.İsayev qeyd edib ki, müayinənin nəticələrindən asılı olaraq qərar qəbul olunacaq.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm