BƏƏ-də içki qəbulu və evli olmayanların birlikdə yaşaması qanuniləşdi
09.11.2020 10:51 Dünya

BƏƏ-də içki qəbulu və evli olmayanların birlikdə yaşaması qanuniləşdi

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) alkoqollu içki qəbul edilməsinə və evli olmayan cütlüklərin birlikdə yaşamasına icazə verən qərar qəbul edilib.

"MediaPost" "WAM"a istinadən xəbər verir ki, ölkə başçısı Xəlifə ibn Zayid Əl Nahyan ötən gün fərdi status və mülki münasibətlər qanunlarının, cinayət və cinayət mühakiməsi qanunlarına edilən dəyişiklikləri təsdiqləyib.

Xüsusilə də "namus məsələsi" səbəbilə törədilən cinayətlərin verilən cəzaların azaldılmasını təmin edən qanun maddəsi ləğv edilib. 

Bununla yanaşı, BƏƏ-də qadına şiddət cəzalarının da ağırlaşdırılacağı vurğulanıb.

Məlumat üçün bildirək ki, bundan əvvəl ölkədə sadəcə 21 yaşdan yuxarı və müsəlman olmayan xarici vətəndaşların alkoqollu içki qəbul etməsinə icazə verilirdi.

Anara Mikail

Gündəm