Bu ölkə Türkiyə əleyhinə milyonlarla dollar xərcləyir - İDDİA
08.02.2020 07:59 Xarici siyasət

Bu ölkə Türkiyə əleyhinə milyonlarla dollar xərcləyir - İDDİA

Birləşmiş Ərəb Əmirlikləri( BƏƏ) ABŞ siyasətçilərinə Türkiyə əleyhinə çıxışlar etməsi üçün külli miqdarda pul ödəyir.

“MediaPost”un xəbərinə görə, bu barədə məlumatlar “Ciddi Amerika” adlı “Twitter” səhifəsinin yayımladığı sənədlərdə qeyd edilib.

Sənədlərdə BƏƏ-nin ABŞ konqresində Türkiyəyə qarşı sanksiyaları dəstəkləməsi məqsədilə Kori Buker, Tom Udall, Ceff Merkli kimi senator ve məsləhətçilərlə razılaşması öz əksini tapıb.

İddiaya sübut kimi K.Bukerin ötən ilin 13 noyabrında “The Hill” internet saytında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ağ Ev ziyarətinə qarşı verdiyi açıqlamalar göstərilib.

Senatorun “Tramp Ərdoğanı Ağ Evə dəvətini geri çəkməli idi” sözlərinin əsas hədəfinin Türkiyənin Suriyada başlatdığı əməliyyat olduğu qeyd edilib.

Bundan əlavə, səhifənin yayımladığı məlumatda “Akin Gump” adlı lobbi şirkətinin ötən ilin 16 dekabrında ABŞ-lı senatorlardan birinə göndərdiyi mesaj da xatırladılıb. Şirkətin 7 noyabr tarixli onlayn poçtunda “BƏƏ ABŞ Nümayəndələr Palatasından keçən qanun layihəsi kimi Türkiyəyə qarşı sanksiya addımlarını dəstəkləyir” ifadələrinin yazılması xüsusi vurğulanıb.

Xatırladaq ki, “Forbes” jurnalı BƏƏ-nin yalnız 2018-ci ildə Vaşinqtondakı 20 lobbi şirkətinə 20 milyon dollar ödədiyini üzə çıxarmışdı.

BƏƏ Türkiyə əleyhinə milyon dolarlar xərcləyir - İDDİA

BƏƏ Türkiyə əleyhinə milyon dolarlar xərcləyir - İDDİA

Xəbərlər departamenti

Gündəm