Belarus AVRO-2024-dən uzaqlaşdırıla bilər
24.03.2023 22:45 Dünya

Belarus AVRO-2024-dən uzaqlaşdırıla bilər

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Belarusun AVRO-2024-dən uzaqlaşdırılmasını müzakirə etməyi planlaşdırır.

MediaPost xəbər verir ki, bu barədə UEFA prezidenti Aleksander Çeferin məlumat verib.

Belarus klubları və milli komandanın beynəlxalq futbol yarışlarında iştirakına hələ də icazə verilir. Avropa Parlamentinin deputatları Belarusun AVRO-2024-ün seçmə turnirindən çıxarılmasını tələb ediblər.

UEFA İcraiyyə Komitəsinin növbəti iclasının aprelin 4-də Lissabonda keçirilməsi nəzərdə tutulub.

Xəbərlər departamenti

Gündəm